“Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları Ağdama səfər edib.

Milletinsesi.az -ın Qol.az-a istinadən xəbər verir ki “Qarabağ” klubunun nümayəndə heyətinin rayona səfərinin məqsədi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrlə görüşmək olub.

Nümayəndə heyəti 1500 ailəyə ərzaq bağlaması çatdırıb.

Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, komanda heyəti ilə mütəmadi əlaqə saxlayır: “Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq” (apa.az).

Share: