“CanSat Azerbaijan” müsabiqəsinin final mərhələsinin qalibləri bəlli oldu

“CanSat Azerbaijan” müsabiqəsinin final mərhələsinin qalibləri bəlli oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci “CanSat Azerbaijan” model peyk müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub.

 

Ümumilikdə 10 komandanın iştirak etdiyi müsabiqənin qaliblərini qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov mükafatlandırıb.

 

Müsabiqədə I yeri ADA Universitetinin “CanStellar”, II yeri Xəzər Univeristetinin “KhazarSAT”, III yeri isə Milli Aviasiya Akademiyasının “BadCube” komandaları tutub. Qaliblərə müvafiq olaraq 6 000 manat, 4 000 manat və 2 000 manat mükafat verilib.

 

Mənbə

Share: