Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən DANIŞDI

Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən DANIŞDI

“Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə çatdırılmasına çalışırıq”.

 

Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Türkmənistanın iştirakı ilə bu istiqamətdə üçtərəfli işlər davam etdilir: “Həmçinin Rusiyanın da təklifləri var”.

 

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

 

Mənbə

Share: