Çavuşoğlu Bakı və Ankaranın İrəvanla normallaşma prosesindən danışdı

Çavuşoğlu Bakı və Ankaranın İrəvanla normallaşma prosesindən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə görüşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Portuqaliya XİN başçısının Türkiyəyə səfəri çərçivəsində baş tutub.

 

Tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

 

“Ölkəmizin Ermənistanla normallaşma prosesini, Bakı və İrəvanın münasibətlərini müzakirə etdik. Həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışdıq”, – deyə o bildirib.

 

Qeyd olunub ki, tərəflər Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

Mənbə

Share: