Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, Borrel bu barədə tviter səhifəsində yazıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyəyə yenidən başsağlığı ifadə olunub və həmrəylik diqqətə çatdırılıb.
Aİ rəsmisi Türkiyəyə dəstəyin davam edəcəyini də vurğulayıb.