
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun daha bir Afrika ölkəsinə səfəri açıqlanıb.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün Çavuşoğlu Zimbabvedə olacaq.
Bildirilib ki, səfər nazirin Afrika turnesi çərçivəsində planlaşdırılıb. O, Zimbabvedə bu ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Frederik Şava ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, daha sonra isə birgə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, M. Çavuşoğlu bundan əvvəl Cənubi Afrika Respublikasında (CAR) olmuşdu və həmkarı ilə görüş keçirmiş, bir sıra açılış mərasimlərində iştirak etmişdi.