Çavuşoğlu həmkarları ilə telefon danışığı apardı

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və pakistanlı həmkarı Bilaval Butto Zərdari arasında telefon danışığı olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Pakistan XİN başçısı tviter səhifəsində məlumat verib.

“Qardaşım Çavuşoğlu ilə həmrəylik və zəlzələ üçün başsağlığı diləmək məqsədilə danışdıq. Əlimizdən gələn qədər yardım və dəstək təqdim etdik. Axtarış-xilasetmə qrupları və ləvazimatları, tibbi materiallar ən qısa vaxtda yola çıxacaq”, – deyə o yazıb.

İsrail XİN başçısı Eli Kohen də tviter səhifəsində Çavuşoğlu ilə danışdığını qeyd edib.

“Bu gün Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə danışdım. Şiddətli zəlzələ sonrası insan itkisi ilə bağlı başsağlığı verdim və yardım üçün hərəkətə keçəcəyimizə söz verdim. Nazirə İsrailin tezliklə xilasetmə missiyası göndərmə səylərinə başçılıq etdiyimizi bildirdim”, – deyə Kohen açıqlayıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Mənbə

Share: