Çavuşoğlu İtaliya ilə sazişin anonsunu verdi

Çavuşoğlu İtaliya ilə sazişin anonsunu verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsi ilə İtaliya arasında energetika sahəsində yeni sənəd imzalanacağını açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında danışıb.

 

O, ölkələr arasında energetika sahəsinə memorandum imzalanacağı barədə məlumat verib.

 

Bildirilib ki, bununla bağlı görülən işlər yekunlaşmaq üzrədir.

Mənbə

Share: