
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın XİN başçısı Pekka Haavisto və NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilir ki, telefon danışıqları zamanı NATO-nun genişlənməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Stoltenberqin rəhbərliyi ilə Türkiyə, İsveç və Finlandiya nümayəndələri bir araya gəlib.