“Təəssüf ki, Birləşmiş Ştatlar Suriyada hələ də PKK/PYD-yə dəstək verir”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb:
“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”.