Çavuşoğludan Pompeonun kitabına REAKSİYA – Həqiqətə uyğun deyil

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun kitabından danışıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bu barədə tailandlı həmkarı ilə birgə keçirdiyi imzalama mərasimində söz açıb.

 

“Keçmiş həmkarımız Pompeo deyəsən o kitabı seçki kampaniyasını başlatmaq üçün yazıb. Belə düşünürəm. Kitabda həqiqətə uyğun olmayan bilgilər var. Diplomatik dillə deyirəm, siz buna yalan da deyə bilərsiniz. Şişirtmə və ikili standart var”, – deyə o söyləyib.

 

Nazir Əfqanıstanda baş verənləri xatırladıb və İŞİD-ə qarşı Türkiyə ordusunun apardığı mübarizəni vurğulayıb.

 

Qeyd edək ki, Mayk Pompeonun bu yaxınlarda nəşr olunan kitabında Türkiyə əleyhinə fikirlər yer alıb.

 

 

Mənbə

Share: