Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə qarışmağa haqqı yoxdur.
Millətin Səsi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin əldə olunmuş razılaşmalarını pozmasına göz yummamalıdır.
Qeyd edək ki, Aİ Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasını pisləyib.