Çaydan keçmək istəyən “07”-ni sel apardı

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan çaydan keçmək istəyən VAZ-2107 markalı avtomobili aparıb.

Millətin Səsi.az Trend-ə istinadən xəbər verir ki, hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Elyanə Əhmədova və Aminə Quliyevanı, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Share: