“Çelsi”dən “Qarabağ”a bildiriş gəldi

“Çelsi”dən “Qarabağ”a bildiriş gəldi

Çelsi” (İngiltərə) UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la səfər oyunu ilə bağlı Ağdam təmsiçisinə rəsmi bildiriş göndərib

Milletinsesi.az xəbər verir ki, bu haqda QOL.az saytına “Qarabağ” klubundan məlumat daxil olub.

Bildirişdə qeyd edilib ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda “Çelsi”ni 800 nəfər azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, “Qarabağ” “Çelsi”yə 1300 nəfərlik yer ayırmışdı.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-i, yerli vaxtla saat 21:45-də başlanacaq

Share: