“Çelsi”ni təbrik edirəm. Xəyallarımızı gerçəkləşdirə bilmədiyimiz üçün məyusam. Ancaq “Stemford Bric”də belə oynamaq asan deyil. Oyunçularımla qürur duyuram”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Ayntraxt”ın baş məşqçisi Adi Hütter Avropa Liqasının yarımfinalında “Çelsi”yə penaltilər seriyasında 3:4 uduzduqları (əsas vaxt -1:1) oyundan sonra deyib.
“Hamımız “Çelsi”ni məğlub etməyi və finala çıxmağı arzulayırdıq. Yenə də oyunçularım tərifə layiqdir. İndi Bundesliqada iki matçımız var. Tez bir zamanda bu görüşü unutmalıyıq” – deyə o bildirib.
A.Hütter insanların onların haqda danışmağının belə böyük uğur olduğunu söyləyib: “Mən əsəbiləşməməyə çalışıram və sakitliyimi qoruyuruam. Bu matçda həzz aldım və fəxr edirəm ki, belə oyunçularım var”.