Türkiyəli komediya ustası Cem Yılmaz bu gün keçirilməli olan tamaşasını təxirə salıb.
Buna səbəb onun səhhətində problem yaranması olub.
Xəstəxanaya yerləşdirilən Cem Yılmaz “İnstaqram” hesabında etdiyi paylaşımda hər şeyin qaydasında olduğunu və tamaşanın 5 yanvar tarixinə keçirildiyini bildirib.