UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
“Report”un məlumatına görə, bu ada İngiltərənin “Mançester Siti” klubundan Kevin de Brüyne layiq görülüb.
31 yaşlı belçikalı yarımmüdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) komandasını 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.