Çernobılda radiasiya 16 dəfə artdı, təyyarələr cəlb edildi

Ukraynanın Çernobıl şəhərində başlayan meşə yanğınları bölgədə radiasiya səviyyəsinin artmasına səbəb olub.

Milletinsesi.az xəbər verir ki, mütəxəssislər şəhərdə radiasiyanın normadan 16,5 dəfə yüksək olduğunu bildirib.

Əgər yanğınların qarşısı alınmasa, radiasiya səviyyəsinin daha da yüksələcəyi vurğulanıb. Buna görə də Ukrayna və ona qonşu ölkələrdə yeni radiasiya yayılma riskinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Çernobılda meşə yanğınları 2 gün öncə başlayıb.

 

Share: