Çexiya Ukraynaya “Leopard 2” tankları göndərmək niyyətində deyil.
Modern.az xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala bildirib.
O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün bu tanklara ehtiyacı var. Bundan əvvəl Çexiyanın Müdafiə Nazirliyi ölkənin tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib.
Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın “Leopard 2” tankının tədarükü barədə razılığa gəlib.
Akif İsmayılov