
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələrindən olan nazirlərlə müzakirə etdikləri mövzuları açıqlayıb.
O bu barədə öz “X” hesabında paylaşım edib.
Nazir iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat, kommunikasiyalar, təhsil, idman və sair sahələrlə bağlı məsələləri müzakirə etdiklərini qeyd edib.
Qeyd edək ki, oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.