Ceyhun Bayramov britaniyalı nazirlə danışıqlar apardı

Ceyhun Bayramov britaniyalı nazirlə danışıqlar apardı

Xarici işlər naziri Ceyhun Bayramov İslandiyaya işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri lord Tariq Ahmad ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” paylaşımında qeyd olunub.

 

Bildirilib ki, tərəflər Azərbaycan və Böyük Britaniya əlaqələrinin dinamikasını, müxtəlif sahələrdə əməkdaşlıq və hazırkı regional vəziyyətə dair müzakirə aparıblar.

Mənbə

Share: