Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.
Bu barədə xarici siyasət qurumunun “X” hesabında məlumat verilib.
Bildirilir ki, nazir qonaqlar kitabına imza atıb.
Xatırladaq ki, C.Bayramov səfər çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb. Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.