Ceyhun Bayramov Gürcüstana getdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində C.Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Share: