Ceyhun Bayramov Hakan Fidanla görüşdü

İyulun 31-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, nazirlər ikitərəfli əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini və regiondakı vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, C.Bayramov Türkiyədə səfərdədir. O, Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

 

XİN başçısı bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

 

Mənbə

Share: