Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
Modern.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.