Ceyhun Bayramov Lavrovla nələri müzakirə etdiyini açıqladı

Ceyhun Bayramov Lavrovla nələri müzakirə etdiyini açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyada həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviterdə yazıb.

 

XİN başçısı bildirib ki, tərəflər ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik, iqtisadi, humanitar və nəqliyyat əlaqələri barədə danışıblar.

 

“Mən bir daha Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərdən narahatlığımı bildirdim və etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım”, – Ceyhun Bayramov vurğulayıb.

Mənbə

Share: