Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Şimali Makedoniyadan olan həmkarı Bujar Osmani ilə görüşüb.
O, bu barədə tviter hesabında yazıb.
C.Bayramov bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.