Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Bilaval Bhutto Zərdari və tacikistanlı həmkarı Sirociddin Muhriddinlə görüşüb.
Bu barədə Azərbaycan XİN başçısı “Twitter” hesabında bildirib.
Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
“Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu”, – Ceyhun Bayramov bildirib.
O, Bilaval Bhutto Zərdari ilə isə strateji münasibətlərin dərinləşməsini müzakirə etdiyini qeyd edib.