Ceyhun Bayramovdan Bərdə terroru ilə bağlı PAYLAŞIM

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

“Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəsinə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq”, – nazir bildirib.

Mənbə

Share: