Ceyhun Bayramovdan vəfat edən nazirlə bağlı PAYLAŞIM

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, XİN rəhbəri bununla bağlı “Twitter” hesabında paylaşım edib.

 

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarus vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, bu gün Belarusun xarici işlər naziri Vladimir Makey vəfat edib.

Mənbə

Share: