
Ermənistın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfər aprelin 30-da baş tutacaq.
Mirzoyan Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələr aparacaq.
Erməni mətbuatının məlumatına görə, Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir.