Ciddi nöqsanlara yol verən idarə rəisinin yerinə yeni TƏYİNAT

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

 

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

 

Əmrə əsasən həmin vəzifəyə Nail Məmmədov təyin olunub. N.Məmmədov bundan əvvəl Gəncə şəhər Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri çalışıb.

 

Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əvvəlki rəisi Nurəddin Mehdiyev olub. Onun işində olan nöqsanlara görə işindən azad olunduğu bildirilir.(Report)

Mənbə

Share: