“Çılğına dönüb, rejissorun üstünə hücum çəkdim ki, sən nə istəyirsən?”-FOTOLAR

“Çılğına dönüb, rejissorun üstünə hücum çəkdim ki, sən nə istəyirsən?”-FOTOLAR

“Elə bil qaça-qaça gəlib, kimsə o aktrisaya təpik vurub, səhnəyə atmışdı”

 

“Mən hər zaman bir dubla çəkilirəm. Bunu bütün rejissorlar bilir. Bəzən texniki səbəblər olur ki, 2 dubl, bəzən də 10-15 dubl olur. O zaman çılğına dönürəm. Rejissorun üstünə hücum çəkirəm ki, sən nə istəyirsən? Deyir ki, “elə-belə çəkirəm”. Sən elə-belə çəkirsən, mən axı burada məhv oluram”.

Bunu Moderator.az-a əməkdar artist Gülşad Baxşıyeva deyib. 

“1992-ci ildə Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkəndə bütün komandanı Şüvəlandakı Yazıçıların düşərgəsində yığıb dedi ki, “mən bu filmi bir nəfəsə çəkəcəm, hamı əlimin altında olmalıdır”. Bizim üçün ora bir aşbaz gətirdi, hamımıza bir otaq verdi, hər şəraiti yaratdı. Necə gözəl, necə qəşəng! Aktyorlara münasibət var idi. İndi gedirsən çəkiliş meydançalarına bilmirsən ki, rejissor kimdir, aktyor kim? Oturmağa yer də tapmırsan. Senarini oxuyub gəlirəm, onları gözləyirəm. O dəqiqə hirslənirəm, əsəb keçirirəm. Çünki rol oynamağa gəlmişəm. Digər ölkələrdə aktyorlara elə gözəl qulluq edilir ki.. Bizdə bu yoxdur. Ümumiyyətlə sənətə baxış dəyişib. Hər şey onlara çox yüngül, asan gəlir. O illərdə adi bir epizoda çəkilən aktyor, film çəkən rejissor öz işinə ötəri yanaşmayıb. İndi bu yoxdur. Sənətə sənət kimi yanaşma qalmayıb” deyə sənətkar bildirib.

 

Sənətkar bildirib ki, bir çox hallarda aktyor səhnədə həyatda yaşadıqlarının təsirindən çıxa bilmir. O son illərdə müşahidə etdiklərini də bizimlə bölüşüb.

“Bu dəqiqə həyatda oynayanlar çoxdur. Bəzən gəlib mənim qarşımda da oynayırlar. Ona baxıram, ürəyimdə fikirləşirəm ki, mənə də yox da! Gəlişdən, yerişdən, birinci kəlmədən sən artıq bilirsən ki, 10 cümlədən sonra o nəyi deyəcək?! Bəzən deyirlər ki, ciddi, qəzəbli görünürsünüz. Mən ciddi insanam. Bir dəfə getdim teatra, tamaşa izləməyə. Pərdə açıldı, aktrisa gəldi səhnəyə və başladı oynamağa. Öz-özümə fikirləşdim ki, elə bil qaça-qaça gəlib ona təpik vurub, səhnəyə atıblar. Mən o aktrisaya nifrət etdim. Sən demə o tələsibmiş. Bir nəfər sonra dedi ki, maşını necə sürətlə sürüb içəri girdisə, özünü birdəfəlik səhnəyə atdı. Başqa bir teatrın tamaşasına da baxırdım. Yenə də öz-özümə fikirləşirdim ki, ay Allah, bu niyə belə oynayır?! Elə bil aktrisanı döyüb, səhnəyə atmışdılar. Fasilədə kulis arxasına getdim. Soruşdum ki, “sən niyə belə dartılmış vəziyyətdə oynayırdın?”. Aktrisa hönkürtü ilə ağlayaraq dedi ki, “teatrda filankəslə filankəs üstümə hücum çəkdi”. O ab-havanı səhnəyə gətirmişdi. Halbuki gətirməli deyildi” deyə sənətkar bildirib.

Mənbə

Share: