Sakit okeanın Çilinin sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ-ın Geoloji xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Valdivia şəhərindən 163 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.