Çinə daha bir zərbə

Çinin Tibet muxtar bölgəsində 5,9 bal gücündə zəlzələ olub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 9:33-də (Bakı vaxtı ilə 5:33) Siqacı şəhərində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə baş verib.

Tələfat və dağıntı barədə məlumat verilmir. Lakin Mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.

Share: