Çinə idxal edilən ətlərin qablaşdırmasında koronavirus tapıldı

Çinin Henan və Şandonq əyalətlərinə idxal edilən müxtəlif növ ət məhsullarının qablaşdırmasında koronavirus aşkarlanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, Henana Argentinadan idxal olunan 24 ton dondurulmuş donuz ətinin qablaşdırmasından nümunələr götürülüb və test keçirilib. Götürülən 15 nümunədən beşində testlər müsbət nəticə verib.

Həmçinin Şandonq əyalətində Braziliya, Yeni Zelandiya və Boliviyadan idxal edilmiş dondurulmuş mal ətinin qablaşdırmasında COVID-19 aşkarlanıb./oxu.az

Share: