Çin diplomatı Fransa XİN rəsmisi ilə Ukraynanı müzakirə etdi

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Fransa Xarici İşlər Nazirliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Frederik Mondoloni ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş Huinin Parisə səfəri çərçivəsində keçirilib. Qeyd olunub ki, tərəflər Ukrayna böhranının siyasi həllini müzakirə ediblər.

 

Xatırladaq ki, Çin diplomatı Ukrayna məsələsi ilə bağlı 5 ölkədə müzakirələr aparmaq üçün silsilə səfərlər həyata keçirir.

Bu xəbər ilə bağlı

Çinli diplomat 5 ölkədə Ukraynanı müzakirə edəcək


Xəbəri oxu

Mənbə

Share: