Çin İrana hərbi yardım edirmiş

Raket yanacağı üçün əsas kimyəvi inqridient daşıyan İranın iki yük gəmisi yaxın bir neçə həftə ərzində Çindən İrana yola düşəcək. 

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” iki Qərb ölkəsinin təhlükəsizlik xidmətinin kəşfiyyat məlumatlarına istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, İran bayraqlı “Golbon” və “Jairan” gəmiləri sərt raket yanacağının əsas tərkib hissəsi olan 1000 tondan çox natrium perklorat daşıyacaq.

Həmçinin natrium perkloratdan sərt yanacağın 70 faizini təşkil edəcək 960 ton ammonium perklorat əldə etməyin mümkün olduğunu bildirilir.

“Bu miqdarda ammonium perkloratdan 1300 ton yanacaq istehsal edilə bilər ki, bu da İranın “Xeybər Şeqan” və ya “Hacı Qasım” kimi 260 ədəd orta mənzilli raketini yanacaqla doldurmağa kifayət edir”, – rəsmilər əlavə edib.

Share: