Çin İranı öz suverenliyini müdafiə etməkdə dəstəkləyir – XİN

Çin İranı öz suverenliyini müdafiə etməkdə dəstəkləyir – XİN

Çin İran ətrafındakı vəziyyəti diqqətlə izləyir və Tehranın suverenliyini, milli təhlükəsizliyini və ləyaqətini qorumaq səylərini dəstəkləyir.

Millətin Səsi.az xəbər verir ki, bu sözıəri Çini xarici işlər nazirinin müavini Miao Deyu iranlı həmkarı Kazım Garibabadi  ilə görüşdə bildirib:

“Çin beynəlxalq münasibətlərdə birtərəfli hədə-qorxu və hərbi təzyiqə, eləcə də digər ölkələrin daxili işlərinə qarışmağa qarşıdır”.

Miao Deyu bildirib ki, Pekin BMT Nizamnaməsi, suveren bərabərlik və beynəlxalq ədalət prinsiplərini qorumaq üçün bütün tərəflərlə koordinasiya etməyə hazırdır.

İki diplomat fevralın 5-də Pekində görüşüb. İran xarici işlər nazirinin müavini çinli həmkarına ölkədaxili proseslər və nüvə probleminin həlli səylərindəki irəliləyişlər barədə məlumat verib. O qeyd edib ki, Tehran diplomatik yanaşmaya sadiq qalır və kənar təzyiqləri rədd etməklə bərabər, ədalətli əsasda danışıqlara hazırdır. O, həmçinin Çinin regionda sülh və sabitliyin təmin edilməsində artan rolunu alqışlayıb.

Share: