
Çin lideri Si Tsinpin rusiyalı həmkarı Vladimir Putinlə videobağlantı vasitəsilə keçirdiyi görüşdə önəmli açıqlamalar verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, o, ölkəsinin Rusiya ilə əməkdaşlığının dayanıqlı olduğunu diqqətə çatdırıb.
“Çin və Rusiya sıx strateji təmasdadır. Çin-Rusiya hərtərəfli əməkdaşlıq dayanıqlılığını ortaya qoydu. Biz çətin və qeyri-müəyyən beynəlxalq şəraitdə Rusiya ilə strateji əməkdaşlıq qurmağa hazırıq”, – deyə Tsinpin bildirib.
Çin lideri həmçinin bildirib ki, ölkələr arasındakı iqtisadi ticarət daha da inkişaf etdirilməlidir.