Qərb kəşfiyyat xidmətləri Çinin 2026-cı ilin noyabrında Tayvana hərbi müdaxilə planlaşdırdığını istisna etmir.
Milletinsesi.az-ın məlumatına görə, Almaniyanın “Bild” nəşri yazır ki, bu ssenari ABŞ-da aralıq seçkilərdən sonra daxili qarışıqlıqlar yaranacağı təqdirdə reallaşa bilər.
Mənbələrin məlumatına görə, Pekin ABŞ-da, xüsusilə Donald Tramp və ya demokratlar tərəfindən seçki nəticələrinin mübahisələndirilməsi fonunda yaranacaq siyasi böhranı fürsət kimi qiymətləndirir.
Qərb kəşfiyyatının hesabatlarında bildirilir ki, Çin hazırda çoxlu sayda mülki bərəni hərbi məqsədlər üçün modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox iri bərənin inşasını planlaşdırır.Modern.az


