
Çin martın 15-dən etibarən əcnəbilərin ölkəyə daxil olması üçün bütün növ viza müraciətlərinə baxılmasını və viza verilməsini bərpa etmək niyyətindədir.
Bu barədə Çinin ABŞ-dakı səfirliyi bildirib.
Qeyd olunur ki, Çinin bir sıra yerlərinə, o cümlədən Haynan adasına və Şanxayda dayanan kruiz gəmisi sərnişinlərinə vizasız girişin bərpası planlaşdırılır.