“Çin Priqojin qiyamından sonra Putinlə əməkdaşlığın qeyri-sabit olduğunu anlayıb…”

“Çin Priqojin qiyamından sonra Putinlə əməkdaşlığın qeyri-sabit olduğunu anlayıb…”

 

“Ehtiyatlı olun, sizin iqtisadiyyatınız Avropa və Birləşmiş Ştatların investisiyalarından asılıdır…”

 

Bayden Si Tszinpinə Putinlə ehtiyatlı davranmağı məsləhət görüb

 

ABŞ prezidenti Co Bayden Çin lideri Si Tszinpinə Moskvaya səfərindən sonra Putinlə “ehtiyyatlı davranmağı” məsləhət görüb, çünki Pekin Qərb investisiyalarına bel bağlayır.

 

Moderator.az xəbər verir ki, bu barədə Co Bayden “Reuters” agentliyinə verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, bu xəbərdarlıq təhdid olmayıb.

 

“Mən dedim ki, bu, təhdid deyil. Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Amerikanın 600 korporasiyası onun ərazisini tərk edib. Siz də mənə demisiniz ki, sizin iqtisadiyyatınız Avropa və Birləşmiş Ştatların investisiyalarından asılıdır. Ona görə də ehtiyatlı olun”, – Bayden deyib.

 

Si Tszinpinin cavabının necə olması barədə suala cavabında Amerika lideri deyib: “O, məni dinləyib və…mübahisə etməyib. Əgər diqqət etmisinizsə, o, müdaxilə etməyib”.

 

Putinin Si Tszinpinlə münasibətləri

 

Məlum olduğu kimi, mart ayında Putin və Tszinpin iki gün ərzində apardıqları danışıqlar zamanı Çin və Rusiya arasında dostluq münasibətləri barədə hərarətli sözlər deyib və Qərbi umumi şəkildə tənqid ediblər. Onlar həmçinin bu həftə virtual sammitdə iştirak edib.

 

Çinin Rusiya ordusunun Ukraynaya hərbi müdaxiləsində mövqeyi birmənalı deyil. Pekin Ukraynanın ərazi bütövlüyünə tərəfdardır, eyni zamanda, guya, neytrallığa əməl edir.

 

 “The New York Times” nəşri isə yazır ki, Çin lideri Si Tszinpin “Vaqner qrupu” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin qiyamından sonra Rusiya lideri ilə əməkdaşlığın nə qədər qeyri-sabit olduğunu anlayıb.

 

Belə vəziyyət Si Tszinpinin hakimiyyətinə neqativ təsir edir və ABŞ və Avropa ilə münasibətləri yaxşılaşdırmağa vadar edir.

Mənbə

Share: