Çin Rusiyaya silah verməyəcək – RƏSMİ

Çin Ukraynadakı müharibə iştirakçılarının heç birinə silah vermək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qanq almaniyalı həmkarı Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.

 

“Çin hərbi məhsulların ixracı ilə bağlı məsuliyyətli mövqe tutur. Çin münaqişə tərəflərinə silah tədarük etməyəcək, həmçinin qanun və qaydalara uyğun olaraq ikili təyinatlı malların ixracını idarə və nəzarət edəcək”,- deyə XİN rəhbəri bildirib.

 

Bundan əlavə, nazir Pekinin münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

Mənbə

Share: