Çində sürətlə yayılan koronavirusa görə Çin səddinin bəzi hissələrinə ekskursiya qadağan olunub.
Milletinsesi.az xəbər verir ki, insanları virusdan qorumaq məqsədilə belə bir addım atdıldığı bildirilib.
Qeyd edək ki, Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi ölkədə bu virusa yoluxanların sayının 830 nəfərə çatdığını, 25 nəfərin virusa görə dünyasını dəyişdiyini açıqlamışdı.