
Çin sədri, ölkənin Kommunist Partiyasının rəhbəri Si Tsinpin Moskvaya səfəri çərçivəsində həmkarı, Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Zyuqanovla görüş keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Zyuqanovun özü məlumat verib.
Qeyd edək ki, Tsinpin bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə görüşüb. Onun səfər çərçivəsində Putinlə yenidən görüşməsi nəzərdə tutulub.