Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Moskvadakı keçmiş səfiri Li Hui Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib
30-dan çox ölkənin nümayəndələrinin görüşü avqustun 5-6-da keçiriləcək. Rusiya sammitə dəvət edilməyib.
“Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna üzrə Beynəlxalq Konfransda iştirak etmək üçün Ciddəyə gedəcək”, – sözçü qeyd edib.
O bildirib ki, Pekin Ukrayna böhranının siyasi yollarla həlli üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır.