Çin və CAR “Ukrayna münaqişəsi”nin həlli ilə bağlı səs-küylü bəyanat verib

 

“Dialoq və danışıqlar Ukrayna münaqişəsinin həllinin yeganə həyati qabiliyyətli variantıdır…”

 

“Rəsmi Pekin Rusiyanı təcavüzkar adlandırmayıb və hərbi müdaxilə faktını pisləməyib…”

 

Çin Xalq Respublikasının “Sinxua” rəsmi informasiya agentliyi ÇXR sədri Si Tszinpin və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosanın birgə bəyanatını dərc edib. 

 

Bəyanat bu günlər Yohannesburqda BRİKS dövlətlərarası birliyi ölkələri liderlərinin keçirildiyi sammitinin gedişində verilib.

 

Moderator.az xəbər verir ki, bu barədə “belta.by” nəşri məlumat yayıb.

 

Bəyanatda Çin və CAR arasında mədəni mübadilə, ticari əməkdaşlıq və “dayanıqlı sosial-iqtisadi inkişaf” sahəsində sıx əməkdaşlığın davam etməsi barədə müddəalarla yanaşı, bu ölkələrdə Rusiya-Ukrayna müharibəsinin adlandırıldığı kimi “Ukrayna münaqişəsi” barədə deyilir.

 

“Hər iki tərəf dialoq və danışıqların Ukrayna münaqişəsinin həllinin yeganə həyati qabiliyyəti variantı olduğu barədə razılığa gəlib və onlar sülh danışıqlarını irəliyə aparmaq və münaqişənin siyasi nizamlanmasında əməli rol oynamaqda davam edəcəklər. Bundan başqa, Çin Afrikanın Ukrayna ilə Rusiya arasında münaqişənin həllinə yönəlmiş bu yaxınlardakı sülhməramlı missiyasını alqışlayır”, – sənəddə deyilir.

 

Xatırladaq ki, iyun ayında Afrikanın sülhməramlı missiyası Kiyev və Moskvanı ziyarət edib. Nümayəndə heyəti on bənddən ibarət sülh planı təklif edib, burada

hər iki tərəfdən gərginliyi azaltmaqla münaqişəyə danışıqlar yolu ilə son qoymağa çağırış edilir.

 

Bəyanatda vurğulanır ki, CAR və Çin mərkəzində BMT-nin olduğu qlobal sistemi, beynəlxalq hüquqa əsaslanan ədalətli beynəlxalq nizamı dəstəkləyir, bu da dövlətlər arasında münasibətləri, habelə BMT Nizamnaməsinin o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyü kimi məqsəd və prinsiplərini nizamlamalıdır.

 

BRİKS ittifaqına beş ölkə-Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respubklikası daxildir. Sammit dünən başlayıb və avqustun 24-dək davam edəcək. 

 

Sammitə dəvət edilən 67 dövlətdən 34-ü öz iştirakını təsdiqlıyib. Bunlar Belarus, Əlcəzair, Argentina, Kuba, Misir, Qazaxıstan, Nigeriya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdir.

 

Dünən sammitin açılışında Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, sammit iştirakçılarına videoformatda müraciət edib.

 

Çinin Ukrayna müharibəsi ilə bağlı mövqeyi – bəlli olanlar

 

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ilk günlərindən rəsmi Pekin, guya, neytral tərəf kimi çıxış edərək danışıqlarda təkid edib. Bu zaman Çin Rusiyanı təcavüzkar adlandırmayıb və hücum faktını pisləməyib.

 

Bundan başqa, Pekinin irəli sürdüyü “sülh planı”nda konkret addımlar ehtiva edilməyib, yalnız deklarativ bəyanatlardan ibarət olub.

 

CAR hakimiytəti də Rusiyanın Qara dənizi blokada etməsi səbəbindən Ukrayna taxılının ixracında problemlər yaranandan sonra öz “sülh planı” ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putin Afrikaya pulsuz taxıl verməklə onun dəstəyini qazanmağa cəhd edib.

 

Öz növbəsində Afrika İttifaqının rəhbəri Azali Assumani bəyan edib ki, “taxıl sövdələşməsi” Afrikanın Moskva ilə münasibətlərinə təsir göstərə bilər, Putinin vəd etdiyi taxıl problemi həll etməyəcək və müharibəni dayandırmağa çağırış edib.

Mənbə

Share: