
Çin 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə xaricdən gələn turistlər üçün karantin tələbini ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Bu qayda Çində 2020-ci ildən tətbiq edilir. Bundan əlavə, ümumilikdə ölkədə qüvvədə olan COVID-19-a qarşı tədbirlərin kateqoriyası ən yüksək A səviyyəsindən B səviyyəsinə endirilib.
Xatırladaq ki, Çində son günlər sutkalıq yoluxmada kəskin artım müşahidə olunur.
Akif İsmayılov


