Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.